Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, Trampın Rusiya–ABŞ sammitini ləğv etməsi qərarında müsbət tərəf var. Onun sözlərinə görə, artıq “lazımsız danışıqlara baxmadan düşmən mövqelərinə zərbələr endirmək” mümkündür.

Medvedev deyib ki, qələbə danışıqlarla deyil, döyüş meydanında qazanılmalıdır. O həmçinin ABŞ-ı Rusiyanın düşməni adlandırıb və Trampın “Avropa ilə eyni cəbhədə” olduğunu vurğulayıb.

Tramp görüşü Rusiya və Ukraynanın sülhə hazır olmaması ilə izah edib, amma gələcəkdə Putinlə danışıqları istisna etməyib. ABŞ dövlət katibi Marko Rubio da bildirib ki, əgər bu, münaqişənin həllinə kömək edərsə, danışıqlara açıqdırlar.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir