Mingəçevir Dövlət Universiteti (MDU) ilə
Türkiyənin Dokuz Eylül Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Sənədin imzalanması mərasimi oktyabrın 13-də MDU-nun redaktoru Anar Eminovun rəhbərliyi ilə bir qrup akademik-inzibati heyət üzvünün İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetinə (DEU) səfəri çərçivəsində baş tutub.

Rektor Anar Eminov bildirib ki, əməkdaşlıq bir neçə istiqaməti əhatə edir:

“İlk səfərimizi məzunu olduğum universitetə etmək mənim üçün çox xoş idi. Qardaş ölkə Türkiyə Cümhuriyyətinə səfərimiz ilk olaraq Dokuz Eylül Universitetindən başladı.
Mingəçevir Dövlət Universiteti Azərbaycan–Türkiyə ali təhsil əlaqələrində yeni səhifə açır: Dokuz Eylül Universiteti ilə praktiki əhəmiyyətləri özündə əks etdirən Əməkdaşlıq Memorandumu imzalandı”.

Məlumata görə, səmimi və dostluq atmosferində keçən görüşdə DEU-nun rektoru, prof. Dr. Bayram Yılmaz, MDU nümayəndə heyətini salamlayaraq iki qardaş ölkə arasında ali təhsil əlaqələrinin strateji əhəmiyyət daşıdığını vurğulayıb.

” Görüş zamanı bizi səmimiyyətlə qarşılayan həmkarlarıma, prof. Dr. B. Yılmaz başda olmaqla, bütün kollektivə dərin təşəkkürümü bildirirəm.

B. Yılmazın MDU kollektivini DEU-da görməkdən məmnunluğunu ifadə etməsi, iki qardaş ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin güclənməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulaması, həmçinin Azərbaycan və Türkiyə universitetləri arasında qurulan strateji tərəfdaşlığın elmi və mədəni inteqrasiyaya töhfə verəcəyinə əminliyini bildirməsi bizi qürurlandırdı.

Qeyd edim ki, bu əməkdaşlıqla MDU beynəlxalq tərəfdaşlıq xəritəsini daha da genişləndirərək Azərbaycan–Türkiyə təhsil əlaqələrində yeni mərhələyə imza atır”.

Rektor bildirib ki, MDU ilə Dokuz Eylül universiteti arasında imzalanan Əməkdaşlıq Memorandumu bir sıra mühüm istiqamətləri özündə əks etdirir.

İmzalanmış sənəd ikili diplom proqramlarının icrası (2 il Türkiyədə təhsil almaqla), MDU-nun müəllimlərinin, gənc tədqiqatçılarının və tələbələrinin mübadilə imkanları (1 aylıq və 6 aylıq), Ortaq elmi-tədqiqat layihələrinin həyata keçirilməsi (TÜBİTAK və s. kimi),
Dokuz Eylül Universitetinin professorları ilə birgə elmi nəşrlər və tədqiqat nəticələrinin mübadiləsi,
Ortaq magistr proqramlarının təşkili (1 semestr Türkiyədə təhsil almaqla),
Davamlı inkişaf və ekoloji yönümlü layihələrdə əməkdaşlıq, Ortaq konfrans, seminar və təlimlərin təşkili kimi əhəmiyyətli məsələləri əhatə edir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir