Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, icra aparatının əməkdaşları, Rayon Təhsil sektorunun müdiri Elman Rzayev və media nümayəndələri bu gün münasibətilə müxtəlif məktəbləri ziyarət ediblər.

Rafiq Əlhəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbdə, Bəşir Nuriyev adına Binə Xocavar kənd tam orta məktəbində, Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbində və Rövşən Nəbiyev adına Təzəkənd kənd tam orta məktəbində şagirdlər, müəllimlər və valideynlərlə görüşlər keçirilib.

Rayon rəhbərliyi yeni dərs ilinin başlanması münasibətilə təbriklərini çatdıraraq təhsilin inkişafının, gənclərin savadlı və vətənpərvər ruhda yetişməsinin önəmini vurğulayıb. Qeyd olunub ki, təhsil gələcəyin etibarlı təminatıdır və şagirdlər bu imkanlardan düzgün istifadə etməlidirlər.

Məlumat verilib ki, dövlətin qayğısı nəticəsində Masallıda məktəblərin maddi-texniki bazası ildən-ilə güclənir. Təzəkənd kənd tam orta məktəbində Heydər Əliyev Fondu tərəfindən inşa edilən əlavə sinif otaqlarına da baxış keçirilib.

Tədbir zamanı şəhidlərimizin övladları – Ayan Əzizova, Xədicə və Hüseyn Vəliyevlər, həmçinin Fərrux Əbilov 1-ci sinifə qədəm qoyduqları üçün rayon rəhbərliyi tərəfindən hədiyyələrlə sevindirilib.

Sonda şagirdlərə uğurlu təhsil yolu arzulandı, müəllimlərin isə gənc nəslin formalaşmasında göstərdikləri zəhmət yüksək dəyərləndirildi.

İsrail Şükürov 

 

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir