Masallı rayonunun Musaküçə kənd tam orta məktəbinin rəsmi Facebook səhifəsində paylaşılan video marağımıza səbəb oldu. Belə ki, məktəbin 5-A sinif şagirdləri Azərbaycan dili dərsini qeyri-adi tərzdə keçiblər. Məktəbin Azərbaycan dili müəllimi Günay Rzayevanın rəhbərliyi ilə “Meşə simfoniyası” mövzusu dərs kitabından çıxarılaraq şagirdlərin iştirakı ilə əyləncəli formada təqdim olunub. Şagirdlərin hekayəni əl hərəkətləri ilə yaradıcı şəkildə canlandırması onların təxəyyülünü inkişaf etdirir, həm də dərsləri daha interaktiv və maraqlı edir.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir