“Qalatasaray”ın sabiq müdafiəçisi, hazırda İspaniyanın “Sevilya” klubunda çıxış edən Marcao, “Real Madrid”lə oyun zamanı qırmızı vərəqə alaraq 6 oyunluq cəzaya məhkum olunub.
68-ci dəqiqədə Jude Bellingham-a faul edən Marcao, meydandan çıxarkən hakimi təhqir edib. İspaniya Futbol Federasiyasının qərarına əsasən, hakimi söyməsi 4 oyun, dördüncü hakimin yanında topa vurması 1 oyun, ikinci sarı vərəqədən qırmızı kart alması isə 1 oyun cəza gətirib.
Beləliklə, braziliyalı müdafiəçi növbəti qarşılaşmalarda iştirak edə bilməyəcək.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir