Trabzonspor Uğurcan Çakırın Qalatasaraya transferindən sonra uzun müddət qapıçı axtarışında idi. Yenifikir.media türk mətbuatına istinadən xəbər verir ki, Trabzonspor Mançester Yunaytedin 50 oyunda qapısını qoruyan Andre Onanayı 1 illik icarə əsasında heyətinə qatıb.
Onananın 11 sentyabrda Trabzona gələcəyi , tibbi yoxlamadan keçəndən sonra rəsmi müqavilə imzalayacağı gözlənilir.
Trabzonsporun Fənərbaxça ilə keçiriləcək oyununda Onananın iştirak edib-etməyəcəyi isə tibbi yoxlamalardan sonra müəyyənləşəcək.
Qeyd edək ki,Onananın Transfermarkt-də qiyməti 25 milyon avrodur.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

