Dekabrın 9-da Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı Fond Birjasında (BFB) dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac təşkil edəcək.Hərracda kuponlu, ortamüddətli dövlət istiqrazları təqdim olunacaq. İstiqrazların nominal dəyəri 100 manat, miqdarı 500 000 ədəd, məcmu nominal dəyəri isə 50 milyon manatdır. Kupon dərəcəsi 6,5% təşkil edir, tədavül müddəti 720 gündür. Kupon ödənişləri 2026-cı ilin mart və sentyabr aylarında, həmçinin 2027-ci ilin mart və sentyabr aylarında həyata keçiriləcək. Əsas məbləğ 2027-ci il 30 sentyabr tarixində ödəniləcək.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlər buraxılışın 20%-dən artıq olmamaq şərti ilə qəbul ediləcək. Eyni zamanda, əgər iştirakçıların sifarişləri hərraca çıxarılmış istiqrazların 20%-dən aşağıdırsa, Emitent bu sifarişləri qəbul etməyə bilər. Dövlət istiqrazlarına tələbin yüksək olması və qiymətin Emitenti qane etməsi halında isə buraxılış həcmi 100%-ə qədər artırıla bilər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

