Malayziyada ABŞ istehsalı olan F/A-18 Hornet hərbi qırıcısı qəzaya uğrayıb. Bu barədə SHOT Telegram-kanalı xəbər yayıb.Hadisə Kuantan şəhərindəki Sultan Hacı Əhməd Şah hava limanında baş verib. Məlumata görə, təyyarə qalxışa hazırlaşarkən yanıb. Daha sonra yanan təyyarə qısa müddət havaya qalxsa da, tezliklə yerə düşüb.
Hər iki pilot katapultasiya edərək xilas ola bilib və hazırda xəstəxanadadırlar. Təyyarənin nasazlıq səbəbi hələ məlum deyil.
Qeyd edək ki, bundan əvvəl Super Hornet qırıcısı ABŞ-da qəzaya uğramışdı.
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin