Fransa Prezidenti Emmanuel Makron Rusiyaya məxsus PUA-ların Polşa hava məkanını pozmasını “qəbuledilməz” adlandırıb və hadisəni sərt şəkildə tənqid edib.
Yenifikir.media bildirir ki,Polşanın Baş naziri Donald Tusk bildirib ki, hücumla bağlı ilk siqnal 22:06-da qeydə alınıb, gecə ərzində 19 dəfə hava məkanı pozulub, sonuncu PUA isə 06:45-də vurulub.
Makron Rusiyanı məsuliyyətsiz addımlardan çəkinməyə çağırıb, Polşa ilə həmrəylik mesajı verib və NATO-nun təhlükəsizliyindən güzəştə getməyəcəklərini vurğulayıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin