Rusiya XİN nümayəndəsi Mariya Zaxarova bildirib ki, Avropa liderləri Ukraynanın qələbəsinin mümkün olmadığını anlayaraq Kiyevi Moskva ilə münaqişəni davam etdirməyə sövq edirlər. O, Makronun Le Figaroya verdiyi müsahibəsinə münasibət bildirib. Makronun sözlərinə görə, Rusiya sülh deyil, “Ukraynanın təslim olmasını” istəyir.

Zaxarova isə qeyd edib ki, əslində Ukraynanı kapitulyasiyaya sürükləyənlər illərlə “döyüş meydanında qələbə” vədi verən, silah göndərən və yalan vədlərlə ictimaiyyəti aldatmış Qərb dövlətləridir.

Makron daha əvvəl demişdi ki, Qərb Rusiyaya təzyiqi davam etdirməlidir. Alyaskada Putin və Trampın görüşündən sonra o, Ukraynaya dəstəyin dəyişmədiyini açıqlayıb və yaxın zamanda “istəklilər koalisiyası”nın görüşü keçiriləcəyini bildirib. Fransa prezidenti vurğulayıb ki, davamlı sülh yalnız etibarlı təhlükəsizlik zəmanətləri ilə mümkündür.

Yenifikir.media

 

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir