Fransa Prezidenti Emmanuel Makron, Brüsseldəki Aİ Zirvəsindən sonra Qəzza və Ukrayna barədə açıqlama verib.

O, Qəzzədə atəşkəsin qorunması və humanitar yardımın artırılmasının vacibliyini bildirib. Makron bölgə üçün yeni idarəetmə modeli, Fələstin Administrasiyasının iştirakı və BMT nəzarətində Beynəlxalq Sabitlik Qüvvəsi yaradılmasını təklif edib.

Prezident Aİ-nin bu prosesdə fəal rol oynaya biləcəyini, xüsusilə təhlükəsizlik və təlim sahəsində iştirak edə biləcəyini qeyd edib.

Ukrayna ilə bağlı Makron, sülh danışıqlarının yalnız Kiyevin iştirakı ilə aparıla biləcəyini vurğulayıb və Rusiyaya qarşı sanksiyaların davamını dəstəkləyib.

Makron, ABŞ Prezidenti Trampın son açıqlamalarını da “doğru istiqamətdə addım” adlandırıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir