Fransa Prezidenti Emmanuel Makron atəşkəs razılaşmasına dəstək vermək üçün Misirə səfər edəcək. O, Qəzzada sülh planının növbəti addımlarını bölgə liderləri ilə müzakirə edəcək. Yenifikir.media bildirir ki, Misir, ABŞ-ın təşəbbüsü ilə İsrail və Həmas arasında atəşkəsdən sonra Şarm əl-Şeyxdə beynəlxalq zirvə keçirməyi planlaşdırır. Zirvəyə ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisi rəhbərlik edəcək.
Məlumata görə, zirvəyə Türkiyə, Fransa, Almaniya, İngiltərə, İtaliya, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı və digər ölkələr dəvət olunub. İsrail Baş naziri Netanyahu isə gözlənilmir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

