Venesuela Prezidenti Nikolas Maduro ölkədə aktiv müdafiə planını qüvvəyə mindirib. Onun sözlərinə görə, ordu və xalq milisi ölkənin hər bölgəsində əməliyyatlara başlayıb, ümumilikdə 284 döyüş mövqeyi işə salınıb.

“Venesuela öz müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qoruyacaq. Çətinliklə əldə olunmuş sülh milli birlik sayəsində müdafiə ediləcək və möhkəmləndiriləcək”, – deyə Maduro bildirib.

Daha əvvəl o, üçüncü dünya müharibəsinin artıq başladığını söyləmiş və ABŞ-ı dünyaya öz siyasi, iqtisadi, mədəni və hərbi hegemonluğunu qəbul etdirmək üçün müharibə planı hazırlamaqda günahlandırmışdı.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir