Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ı ölkəsində Venesuelanın təbii sərvətlərini ələ keçirmək istəməkdə ittiham edib.
Karakasda keçirilən tədbirdə çıxış edən Maduro bildirib ki, ABŞ-ın Karib dənizində artan hərbi fəaliyyəti Venesuelaya qarşı planlaşdırılmış təxribatdır.
“ABŞ-ın məqsədi Venesuelada rejim dəyişikliyi aparmaq, özünə tabe hökumət qurmaq və ölkəmizin neftini, qazını, qızılını talamaqdır,” – deyə o vurğulayıb.
Maduro əlavə edib ki, Venesuela heç bir dövlətin və ya imperiyanın qarşısında geri çəkilməyəcək: “Lazım gələrsə, sülh uğrunda silahlı mübarizəyə keçəcəyik.”
Rəsmi Karakas ABŞ-ın hərbi təyyarələrinin Venesuela sahillərinə yaxın ərazidə hava məkanını pozduğu iddiası ilə BMT Təhlükəsizlik Şurasına şikayət göndərib.
ABŞ isə beynəlxalq sularda “narkotik daşıdığı” iddia edilən bir gəmini vurduğunu və orada olan dörd nəfərin öldürüldüyünü açıqlayıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

