Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın ölkəsinə qarşı artan siyasi və hərbi təzyiqlərinə kəskin reaksya verib. O, Karakasdakı çıxışında ABŞ-ın bölgədəki hərbi aktivliyinin Cənubi Amerikanın sabitliyini pozduğunu bildirib.
Maduro Venesuelaya qarşı son həftələrdə təxribatların artdığını deyib və ölkəni qorumaq üçün 4,5 milyon polisin hazır olduğunu vurğulayıb.
ABŞ-ın “Cartel de los Soles” şəbəkəsini terror təşkilatı elan etməsi və USS Gerald R. Ford təyyarədaşıyan gəmisini bölgəyə göndərməsi Karakas tərəfindən sərt tənqid olunub.
Qeyd edək ki,Maduro çıxışının sonunda bildirib: “Venesuela hər cür hücumu dəf etməyə hazırdır.”
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

