Venesuela Prezidenti Nikolas Maduro, ABŞ Prezidenti Donald Trampın Karib regionuna hərbi qüvvə göndərmə qərarına sərt reaksiya verib. O, bunun BMT Nizamnaməsini pozduğunu bildirərək, “Venesuelaya girmələrinin heç bir yolu yoxdur” deyib.
Maduro çıxışında bildirib: “Bu mühasirə və qanunsuz təhdidlər bizim güclənməyimiz üçündür. Bugün dündən daha güclüyük və daha çox milli və beynəlxalq dəstək almışıq.”
O, Kolumbiya Prezidenti Qustavo Petro-nun dəstəyini də vurğulayıb: “Kolumbiya və Venesuela sülh üçün birləşir, torpaqlarımızı biz qoruyuruq.”
ABŞ qərarı ilə Karib regionuna bir sualtı qayıq və 7 döyüş gəmisindən ibarət qrup göndərilib. Vaşinqton bunu regiondakı qanunsuz narkotik ticarətinə qarşı əməliyyat adlandırıb.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin