Əfsanəvi “Iron Maiden” rok qrupunun ilk solistlərindən biri olan Pol Mario Dey uzun sürən xərçəng xəstəliyindən sonra 69 yaşında dünyasını dəyişib. Bu barədə məşhur “Billboard” musiqi portalı xəbər verib.
“Iron Maiden” qrupunun rəhbəri Stiv Harris tərəfindən 1975-ci ildə qrupa dəvət olunan Pol Mario Dey cəmi bir il adıçəkilən qrupun üzvü olub. O, həmçinin “More” və “Wildfire” qruplarının da vokalçısı kimi fəaliyyət göstərib.
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin