Tanınmış amerikalı teatr və kino rejissoru Robert Uilson 83 yaşında vəfat edib. Rejissor 1941-ci ildə Texasda anadan olub. Teatr karyerasına Nyu-Yorkda başlayan Robert Uilson  1971-ci ildə Parisdə səhnələşdirdiyi “Kar adamın baxışı” tamaşası ilə məşhurlaşıb. 

“Çimərlikdə Eynşteyn”, “İosif Stalinin həyatı və zamanları” və “Kral Lir”  “Puşkin nağılları”nın rejissoru olan Robert Uilson bir çox mükafatlara layiq görülüb. O, 1993-cü ildə Venesiya Biennalesində “Yaddaş itkisi” adlı heykəltəraşlıq işi ilə “Qızıl Şir” mükafatını da  alıb. Uilson 1997-ci ildə Avropa Teatr Mükafatını qazanan ilk amerikalıdır.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir