Bakı və digər şəhərlərdəki bir neçə məktəbdə uşaqlar arasında mübahisələrin həllində mediasiyanın əhəmiyyətinə həsr olunmuş tədbirlər keçirilib. Tədbirlərdə Mediasiya Şurası, Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri Təhsil İdarəsi, müəllim və şagirdlər iştirak edib.Ombudsman Aparatının əməkdaşları zorakılıqla mübarizə, bullinqin qarşısının alınması və uşaqlar arasında sağlam ünsiyyətin təşviqi istiqamətində görülən işlər barədə məlumat veriblər. Tədbirdə “Həmyaşıd mediasiyası: Barış və dialoqun bələdçisi” kitabı təqdim olunub və mövzu üzrə fikir mübadiləsi aparılıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

