Braziliyalı məşhur Tiktoker Melissa Said narkotik dəstəsinin lideri kimi saxlanılıb.
Yenifikir.media- nın məlumatına görə 23 yaşlı Tiktoker polis əməliyyatı zamanı dostunun evində təslim olub. Onun sosial mediada həm narkotik satışı etməsi, həm də izləyicilərinə polisdən necə qaçmağı izah etməsi geniş müzakirələrə səbəb olub.
Əməliyyat zamanı Melissa Said-ə məxsus narkotik, tərəzilər, telefonlar və iki avtomobil müsadirə edilib. Polis bildirib ki, o, satış və narkotiklərin paylanmasını da özü idarə edib.

Tiktokerin əməlləri sübuta yetirilərsə o azadlıqdan 25 ilədək mərhum ola bilər.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

