Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları Gəncə şəhər 24 nömrəli tam orta məktəbdə və Cəbrayıl rayonunun Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində şagirdlərlə ekoloji mövzuda görüşlər keçiriblər.Tədbirlər zamanı məktəblilərə ətraf mühitin qorunmasının əhəmiyyəti, təbii sərvətlərdən düzgün istifadə qaydaları, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan meşəbərpa və ekosistemlərin bərpası ilə bağlı məlumat verilib. Şagirdlərin fəal iştirakı ilə keçirilən sual-cavab sessiyalarında gündəlik həyatda tətbiq oluna bilən qənaət vərdişlərinin əhəmiyyəti də izah olunub.
Maarifləndirici görüşlərin məqsədi şagirdlərdə ekoloji biliklərin artırılması, təbiətə qarşı məsuliyyətli yanaşmanın formalaşdırılması və sağlam ekoloji davranışların təşviq edilməsidir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

