Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat Xidməti Direktoru Məhəmmədəli Qəribli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif edilib.Qeyd edək ki, sözügedən medal dövlət mükafatı statusuna malikdir və Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə mətbuatın inkişafında, peşəkar jurnalistikanın formalaşmasında və cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasında xüsusi xidmətləri olan media nümayəndələrinə təqdim olunur.

Uzun illər jurnalist kimi fəaliyyət göstərən Məhəmmədəli Qəribli son bir il yarım ərzində Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat Xidməti Direktoru vəzifəsində çalışır. Bu müddət ərzində o, Şirkətlər Qrupunun media müstəvisində rəsmi mövqeyinin ardıcıl və peşəkar şəkildə təqdim olunmasına, media əlaqələrinin sistemli şəkildə qurulmasına rəhbərlik edir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir