Bakı Ağır Cinayətlər Məhkəməsində Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin həbs olunması barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib və Anar Əsədli həbs edilib.
Partiya sədri 4 nəfərə qarşı dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə cinayət işi açılıb. Qeyd olunur ki, Anar Əsədli barəsində 3 il əvvəl başlayan cinayət işi Baş Prokurorluq tərəfindən yenilənərək məhkəməyə göndərilmişdi.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

