Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-ın Belarusa tətbiq edilmiş sanksiyaların aradan qaldırılmasına görə təşəkkür edib. O, bunu 11 sentyabrda BMT-də Belarusun daimi nümayəndəsi Valentin Rıbakovla görüşdə açıqlayıb.
Yenifikir.media-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Lukaşenko bildirib ki, sanksiyaların götürülməsi işləri asanlaşdıracaq və iqtisadiyyata müsbət təsir göstərəcək, iqtisadiyyat isə insanların həyatıdır.
Qeyd edək ki, Belarus aviaşirkəti “Belavia”ya qarşı sanksiyalar ABŞ Prezidenti Donald Tramp tərəfindən ləğv edilib. Tramp həmçinin Lukaşenkoya doğum günü münasibətilə “xüsusi dostluq məktubu” göndərib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin