Son günlər TikTok sosial şəbəkəsində sürətlə populyarlaşan “Lokko” ləqəbli azyaşlı Pərvin Tarix Əliyevin aparıcısı olduğu verilişdə maraqlı və bir qədər də düşündürücü açıqlamalar verib.

Beyləqan rayonunun 4 nömrəli Sovxoz qəsəbəsində yaşayan gənc efirdə “Hansı məktəbdə oxuyursan?” sualı ilə qarşılaşdıqda, oxuduğu məktəbin adını və nömrəsini xatırlaya bilməyib.

Bu məqamda aparıcı Tarix Əliyev istehzalı şəkildə müdaxilə edərək bildirib ki, “Dərsə gedib-gəlməyib, buna qayıb yazmayın, pul qazanmağa gəlib”.

Sosial mediada müxtəlif reklamlarda çəkilən və qısa müddətdə tanınan Pərvinin internet məşhurluğuna həddindən artıq aludə olması diqqətdən yayınmayıb. Elə bu səbəbdən də onun məktəblə əlaqəsinin zəiflədiyi, hətta oxuduğu məktəbin nömrəsini belə xatırlamaması narahatlıq yaradıb.

Bu kimi halların artması uşaqların sosial media asılılığı, təhsildən uzaqlaşması və ailə nəzarətinin zəifləməsi ilə bağlı bağlıdır. Qeyd edək ki, azyaşlıların sosial şəbəkələrdə intensiv iştirakı həm onların təhsilinə, həm də psixoloji inkişafına mənfi təsir göstərə bilər.

Ümid edirik ki, Təhsil Nazirliyi, Mil Muğan Regional Təhsil İdarəsi və Pərvinin oxuduğu məktəbin rəhbərliyi bundan sonra azyaşlının dərsə davamiyyətinə daha ciddi nəzarət edəcək.

Düşünürük ki,uşaqların sosial şəbəkələrdə məşhurluq qazanması onların təhsilinə mane olmamalı, əksinə, bu proses balanslı şəkildə idarə edilməlidir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir