Liviyanın xarici işlər naziri vəzifəsini icra edən Tahir əl-Baur İsrailin Somalilandı tanıma qərarını pisləyib. Yenifikir.media bildirir ki, bu barədə Tahir əl-Baur bu barədə Somali xarici işlər naziri Abdüsselam Abdi Əliyə mesaj göndərib. O bildirib ki, bu addım Somalinin ərazi bütövlüyünə və beynəlxalq hüquqa ziddir. Nazir Liviyanın Somalinin suverenliyini və milli birliyini dəstəklədiyini vurğulayıb.
Qeyd edək ki, İsrail dekabrın 26-da Somalilandı müstəqil dövlət kimi tanıyıb və bu addımı atan yeganə ölkə olub.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

