Litvanın Baş naziri Gintautas Paluckas korrupsiya qalmaqalına görə həm vəzifəsindən, həm də Sosial Demokrat Partiyasının sədrliyindən istefa verib. Prezident Gitanas Nauseda bildirib ki, Paluckas bu barədə ona zənglə məlumat verib. Nauseda istefanın gecikmiş, amma doğru qərar olduğunu vurğulayıb.
Qeyd edək ki, baş nazirə yaxın şirkətin Mərkəzi Bankdan güzəştli kredit alması və mübahisəli əmlak alışı ilə bağlı ittihamlar irəli sürülüb. Paluckas iyulun 25-də prezidentin ultimatumundan sonra iki həftəlik məzuniyyətə çıxmışdı.
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin