Litva Ukraynaya sülhməramlı missiya çərçivəsində hərbçi göndərməyə hazırdır. Prezident Gitanas Nauseda avqustun 20-də bildirib ki, əgər ölkə bu missiyada iştirak etsə, Əfqanistana göndərilən qədər – təxminən 200 əsgər ayıra bilərlər. O qeyd edib ki, hələlik yekun qərar yoxdur və Litvaya başqa vəzifələr də verilə bilər.

Yenifikir.media bildirir ki, avqustun 19-da Bloomberg xəbər verib ki, 10-a yaxın ölkə Ukraynaya təhlükəsizlik zəmanətləri çərçivəsində qoşun göndərməyə hazırdır. Bu məsələ Avropa rəsmilərinin sammitində müzakirə olunub. Planlar ABŞ prezidenti Donald Tramp ilə Aİ liderlərinin Ağ Evdəki görüşündən sonra aktuallaşıb.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev isə bildirib ki, Moskva Ukraynada NATO qoşunlarının yerləşdirilməsini qəbul etməyəcək.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir