Argentina ulduzu Lionel Messi, xarici mətbuata müsahibəsində statistikaya görə oynamadığını və əsas məqsədinin oyundan zövq almaq olduğunu bildirib.Messi 2012-ci ildə 91 qol vurduğunu xatırladaraq, “Bunun üçün oynamırdım, sadəcə oyundan həzz alırdım,” deyib. Messi həmin illərdə 79 qolu Barcelona, 12 qolu isə milli komandada vurub.Messi 2026-cı il Dünya Kubokunda iştirak etmək istədiyini bildirir. Argentina baş məşqçisi Lionel Scaloni isə “Qərarı Messi verəcək, biz də dəstək olacağıq,” deyib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

