C vitamini ilə zəngin olan limonun eyni zamanda qabığı da sağlamlıq üçün faydalıdır. Limon qabığında olan bəzi antioksidantlar və qida maddələri hətta limon suyundan daha güclüdür.Limon qabığı az kalorili olmasına baxmayaraq lif, kalsium, kalium və maqneziumla zəngindir. Bu maddələr həzmi yaxşılaşdırır və orqanizmin normal fəaliyyətinə dəstək olur.Araşdırmalar göstərir ki, limon qabığı ağızda zərərli bakteriyaların çoxalmasının qarşısını alır və ürək sağlamlığına faydalıdır. Bəzi tədqiqatlarda isə onun hüceyrə sağlamlığını qorumağa kömək etdiyi qeyd olunur.
Ülkər Tahirqızı
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

