Xəbər verdiyimiz kimi Fələstin Prezidenti Mahmud Abbas Ankarada rəsmi səfərdədir. Liderlər görüş zamanı İsrailin Fələstinə hücumlarını və bölgədəki vəziyyəti müzakirə edib.
Ərdoğan bildirib ki, İsrail yalnız Fələstini deyil, bölgədə sabitliyi də təhdid edir və Qətərə hücum bunun göstəricisidir. Türkiyənin əsas məqsədi Qəzzədə atəşkəsin təmin olunması və humanitar faciənin sona çatdırılmasıdır.
O əlavə edib ki, Türkiyə hər platformada Fələstinin haqqını müdafiə edəcək və BMT-də onun səsi olacaq. Ərdoğan həmçinin İslam dünyasının İsrail təhdidinə qarşı daha çox birlik olmalı olduğunu və Fələstində siyasi birliyin səyləri gücləndirəcəyini vurğulayıb.
Rəsmi görüşdən sonra Mahmud Abbasın şərəfinə şam yeməyi təşkil olunub və müzakirələr burada da davam edəcək.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin