ABŞ Prezidenti Donald Trampın Qəzza sektoru ilə bağlı planı hazırda ərəb ölkələri üçün qəbuledilən və İsrailin rədd etməyəcəyi ən yaxşı variant sayılır.Yenifikir.media bildirir ki,bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.
O qeyd edib ki, Trampın “20 maddəlik” planında “dövlətçilik”dən bəhs olunur, amma ümumi şəkildədir və yalnız Qəzza sektoru ilə bağlıdır. Qərb sahili plana daxil deyil.
Əvvəlcə Tramp bildirib ki, Misirdə keçiriləcək İsrail-HƏMAS danışıqları Qəzza münaqişəsinin həllində həlledici olacaq. Ağ Ev nümayəndələri Stiv Vitkoff və Cared Kuşner razılaşmanı əldə etmək üçün Misirə göndəriliblər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin