ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş turub. Tramp bu görüşün uzun olacağını və nəticələr barədə bitdikdən sonra açıqlama veriləcəyini bildirib. Ukrayna Prezidenti Vladimir Zelenski isə 17 oktyabrda Vaşinqtonda Tramp ilə görüşəcək. Görüşdə Ukraynanın hava müdafiəsi və ABŞ-dan “Tomahawk” raketlərinin alınması məsələsi müzakirə olunacaq.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, raketlərin Ukraynaya verilməsi gərginliyi artıracaq və ABŞ-Rusiya münasibətlərinə zərər verə bilər. Lavrov həmçinin qeyd edib ki, Tramp müharibəni dayandırmaq və Rusiya ilə əməkdaşlığı bərpa etmək istəyir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir