Latviya parlamentində “Latviya birinci yerdə” partiyasının deputatları, 18 yaşına çatmamış şəxslərin LGBT tədbirlərində iştirakını və cinsiyyət dəyişməsini qadağan edən qanun layihəsi hazırlayıb.Yenifikir.media bildirir ki,deputat Ramona Petraviçi deyib ki, uşaqlar belə tədbirlərdə iştirak etməməlidir, çünki bu, onların erkən yaşdan cinsiyyət dəyişdirməyi düşünməsinə səbəb ola bilər. Yetkinlik yaşına çatmamış şəxslər hormonal və ya cərrahi müdaxilələrlə cinsiyyətini dəyişə bilməyəcək, lakin yetkinlər bunu edə bilərlər.
İyunun 28-də Petraviçi Konstitusiyaya yalnız iki cinsiyyətin olduğunu təsbit etməyi təklif etsə də bu təklif “Proqressiv” partiyası tərəfindən tənqid olunub.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin