Kolumbiya Prezidenti Gustavo Latın Amerika və Karib Dövlətləri Birliyinin (CELAC) 33 üzvündən 21-i Venesuela sahillərindəki ABŞ hərbi yığımından “dərin narahatlıq” ifadə edən bəyanatı dəstəkləyib. Azlıq etiraz etdiyindən, sənəd rəsmi status daşımır.

Yenifikir.media bildirir ki, bəyanata Kolumbiya, Venesuela, Uruqvay, Çili, Kuba, Meksika və Braziliya imza atıb.

Sənəddə Latın Amerika və Karib bölgəsinin “Sülh Bölgəsi” olduğu və Tlatelolko Müqaviləsi ilə nüvə silahlarından azad edildiyi qeyd edilir..

İmzalanan sənədə əsasən sərhədlərarası cinayət və narkotik qaçaqmalçılığına qarşı regional və beynəlxalq əməkdaşlıqla mübarizə önəmlidir. İmza atan ölkələr bölgədə sülh, sabitlik və inkişafın qorunmasına dair öhdəlik götürüb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir