Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri bölgələrdə vətəndaşlarla birbaşa ünsiyyətini davam etdirir. Nazir müavini İlhamə Qədimova Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində Ağcabədi, Bərdə, Qax, Şamaxı və Samux rayonlarından müraciət etmiş vətəndaşları qəbul edərək ərizə və şikayətlərini dinləyib.Qəbul zamanı vətəndaşların əsas müraciət mövzuları işlə təminat, aqrokimyəvi analizlərin verilməsi, subsidiya ödənişləri, torpağın icarəsi və digər məsələlərlə bağlı olub. Nazir müavini hər bir müraciəti diqqətlə nəzərdən keçirib və qısa müddətdə həlli üçün müvafiq tapşırıqlar verib.Qəbuldan sonra İlhamə Qədimova Ağcabədi rayonunun Hindarx qəsəbəsində “Azadagro” MMC və “Ağcabədi taxıl” MMC-yə məxsus intesiv nektarin və badam bağları, həmçinin müasir suvarma sistemi ilə təmin olunmuş arpa sahələrinə baxış keçirib. Təsərrüfat rəhbərləri ilə görüşlərdə müasir aqrotexniki qulluq qaydalarının tətbiqi, dövlət dəstəyi tədbirləri, çoxillik əkinlər üçün birdəfəlik subsidiyalar və intensiv bağçılığın inkişafı məsələləri müzakirə olunub.
Nazir müavini həmçinin Hacıbədəlli kəndində yerləşən Yusif Lətif oğlu Əsədova məxsus Qaradolaq cinsi damazlıq qoyunçuluq təsərrüfatını ziyarət edərək, heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlərlə görüşüb.Bu səfərlər vətəndaşların problemlərinin həlli və kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlərin davamlılığını nümayiş etdirir.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir