Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bildirib ki, İsrail qüvvələrinin Qəzza sahillərinə yaxınlaşan “Qlobal Sumud Donanması”na hücum etdiyi xəbəri verilib. O, bu addımı beynəlxalq hüququn pozulması və cinayət adlandırıb.
Kurtulmuş deyib:“Bu donanmaya ediləcək hər hücum beynəlxalq hüququn açıq pozuntusudur. İnsanlıq üçün yola çıxan bu gəmilərə qarşı hücumlar, Qəzza xalqına dəstəyi daha da artıracaq. İsrail nə etsə də, azad Fələstin dövlətinin yaranmasına mane ola bilməyəcək.”
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin