Kripto bazarındakı sürətli ucuzlaşma ABŞ Prezidenti Donald Tramp və ailəsinin sərvətinə təsir edib.Bloomberg məlumatına görə, sərvət 7,7 milyard dollardan 6,7 milyard dollara enib.
$TRUMP tokeni lansmandan bəri %85, Trump Media & Technology Group hissələri isə ilin əvvəlindən bəri %70 dəyər itirib.
Eric Trampın kripto yatırımları da bazardakı dalğalanmalardan ciddi zərər görüb. O, sosial mediada ucuzlaşmanın müvəqqəti olduğunu vurğulayıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

