Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya ABŞ prezidenti Donald Trampın bəyanatlarını diqqətlə izləyir. Jurnalistlərin yeni sanksiyalara hazırlıqla bağlı sualını cavablandıran Peskov qeyd edib ki, Rusiya uzun müddətdir sanksiyalar altında yaşayır və buna baxmayaraq iqtisadi fəaliyyətini davam etdirir:

“İqtisadiyyatımız çoxsaylı məhdudiyyətlərə baxmayaraq dirçəliş üstədir.. Bu baxımdan müəyyən immunitet formalaşıb və biz prezident Trampın bütün bəyanatlarını izləyirik”, – deyə Peskov vurğulayıb.

Bundan öncə Federasiya Şurasının sədri Valentina Matviyenko Trampın ultimatumlarını effektiv hesab etmədiyini bildirib. Onun sözlərinə görə, ultimatumlar Kiyevə ünvanlanmalıdır, çünki sülh danışıqlarını məhz Ukrayna tərəfi pozur.

Xatırladaq ki, Tramp 14 iyulda Rusiyaya 50 gün ərzində münaqişəni dayandırmaqla bağlı ultimatum vermişdi. 28 iyulda isə ABŞ lideri bu müddəti 10–12 günə endirdiyini açıqlayaraq, danışıqlarda irəliləyiş olmadığını qeyd etmişdi.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir