Türkiyənin Manisa şəhərinin Yunusəmirə rayonunda kran aşıb və parkda dayanan TIR-ın üzərinə düşüb. Hadisə zamanı kranın operatoru yaralanıb.
Əraziyə yanğınsöndürən, polis və təcili yardım çağırılıb. Operator yanğınsöndürənlər tərəfindən çıxarılaraq tibbi yardım briqadasına təhvil verilib. İlkin yardım göstərildikdən sonra yaralı Manisa Celal Bayar Universiteti Hafsa Sultan Xəstəxanasına aparılıb.
Qəza səbəbindən küçə müvəqqəti olaraq bağlanıb, daha sonra yenidən nəqliyyata açılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin