Köpük üstə
Bağ var insanların könlün bağlayır,
Ürəklər oxşayıb könül yağlayır,
Qəlblərdə mizanı düzgün saxlayır,
Bağ da var ipləri köpük üstədir!
Bağ var ürəyindən sevgi istəyir,
Zərif duyğulardan tutub səsləyir,
Bağ var öz yolunu sevir, bəsləyir,
Bağ da var ipləri köpük üstədir!
Bağ var doğmalaşır, dosta, qardaşa,
Zamanla yol gələn neçə yoldaşa,
Bağ var çevrilibdir gözəl sirdaşa,
Bağ da var ipləri köpük üstədir!
Bağ var sarılıbdır sarmaşıq kimi,
İnsanlıq halına yaraşıq kimi,
Camal, könüllərdə barışıq kimi,
Bağ da var ipləri köpük üstədir!
Camal Cəfər
24.12.25
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


Şerlərini ürəyimizə yer açır gözəl qardaş. Var olasan.