Kolumbiyanın xarici işlər naziri Rosa Yolanda Villavisensio ABŞ Prezidenti Donald Trampın Prezident Qustavo Petronu hədəf alan açıqlamalarına münasibət bildirib.Yenifikir.media bildirir ki, nazir qeyd edib ki, Kolumbiya vəziyyəti diplomatik yollarla həll etməyə çalışır. Lakin ölkəyə qarşı hər hansı hücum olarsa, suverenlik ordu vasitəsilə qorunacaq. Villavisensionun sözlərinə görə, Prezident Qustavo Petronun başçılığı altında Kolumbiya ordusu tam hazırlıqlıdır. O, həmçinin ABŞ-ın Boqotadakı səfirliyinə rəsmi etiraz notası veriləcəyini açıqlayıb. Qeyd edək ki, Donald Tramp Kolumbiya ilə bağlı sərt açıqlamalar verərək “Kolumbiya əməliyyatı yaxşı səslənir” ifadəsini işlətmişdi.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

