“Qalatasaray” klubunun prezidenti Dursun Özbek, Mauro İcardi və Barış Alper Yılmazla bağlı açıqlama verib.Yenifikir.media türk mətbuatına istinadən xəbər verir ki, klub prezidenti bildirib ki, Mauro İcardi bu mövsüm üçün son mövsümünü keçirir. “Bizim üçün Icardi çox önəmli futbolçudur və bu il də komandaya eyni töhfəni verəcəyindən əminik. Yeni müqavilə məsələsi bu gün gündəmdə deyil, sezonun ortasında klub tərəfindən qərar veriləcək,” – deyə Özbek qeyd edib.
Barış Alper Yılmaz barədə isə əlavə edib: “Onun müqaviləsini yeniləmişik. Barış Alper bizim üçün çox önəmli və dəyərli oyunçudur və yeni müqaviləsi ilə komandada qalacaq.”
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

