Kiyevə gecə hücumu: 18 ölü, AB Nümayəndəliyi binasına zərər

Rus ordusunun Ukraynanın paytaxtı Kiyevə gecə saatlarında təşkil etdiyi hücumda indiyədək 18 nəfər həyatını itirib. Hücum nəticəsində Böyük Britaniyanın təhsil və mədəniyyət qurumu British Council və Kiyevdəki AB Nümayəndəliyi binası zərər görüb.

Böyük Britaniyanın Xarici İşlər naziri Devid Lammi sosial media paylaşımında bildirib: “Putin gecə hücumları ilə mülki şəxslərin ölümünə və binaların dağıdılmasına səbəb oldu. Rus böyükelçisini çağırdıq. Qırğın və dağıntı dayandırılmalıdır.”

Yenifikir.media BBC istinadən  xəbər verir ki, Rusiya böyükelçisi Andrey Kelin Xarici İşlər Nazirliyinə çağırılıb. Hücum nəticəsində AB Nümayəndəliyi binasının 50 metrliyinə 2 raket düşüb və binada ciddi zərər yaranıb.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir