13 noyabr tarixində Kinomatoqrafiyaçılar İttifaqında rejissor Oleq Namazovun (Əli Namaz) çəkdiyi “İldönümü” adlı qısametrajlı bədii filmin ilk nümayişi keçirilib. Uzun illər sənədli kino sahəsində fəaliyyət göstərən rejissorun bu yeni işi ailə zorakılığı mövzusuna həsr olunub və bir atanın səssiz fəryadını ekran dili ilə ifadə edir.
Tamaşaçılar nümayişdən sonra ürək sözlərini bölüşüb, filmin mövzusu ətrafında gərgin, eyni zamanda səmimi müzakirələr aparıblar. Tədbir Müstəqil Həmkarlar Birliyinin nümayəndələri, kino sahəsində çalışan, lakin geniş tamaşaçı auditoriyasına az tanış olan mədəniyyət işçiləri, həmçinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutub.
Filmin təqdimatı iştirakçılar tərəfindən sosial həssas mövzuya diqqət çəkməsi baxımından yüksək qiymətləndirilib.










© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

