Şimali Koreya lideri Kim Çen İn ölkədə yeni qadağalar tətbiq edib. Turistlərə bələdçilik edənlərə “hamburger” və “dondurma” sözlərinin işlədilməsi qadağan edilib .Onların əvəzinə “qıymalı ikiqat çörək” və “Eskimo” ifadələri istifadə olunacaq.
Yenifikir.media bildirir ki, Kim Çen In bundan əvvəl də sosiskalı yeməyləri “vətənə xəyanət” adlandıraraq qadağan etmiş, bu qaydanı pozanların əmək düşərgələrində ağır işlərə məhkum ediləcəyini bildirmişdi.
Kim Çen İn Rejimi həmçinin boşanmanı da qadağan edib. Qanunu pozan qadın və kişilər həbs olunur, qadınlara isə daha ağır cəza verilir. Məlumatlara görə, hazırda bu səbəbdən onlarla insan həbsxana və əmək düşərgələrində saxlanılır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

