Şimali Koreya lideri Kim Çen In İsrailin Baş naziri Benyamin Netanyahunu hədəf alan sərt açıqlama verib. Pxenyan İsraili legitim dövlət kimi tanımadıqlarını bir daha bəyan edərək, Netanyahunu “terrorçu” adlandırıb və “Sizi tanımadıq, tanımayacağıq” mövqeyini açıqlayıb.Yenifikir.media xarici mətbuata istinadən bildirir ki, bəyanatda İsrailin fələstinlilərə qarşı hücumları insanlığa qarşı cinayət kimi qiymətləndirilib, Qəzzada baş verənlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Açıqlamada yalnız qınamanın yetərli olmadığı, məsul dövlətlər və şəxslər barəsində beynəlxalq səviyyədə konkret addımlar atılmasının vacibliyi vurğulanıb.Bəyanatda Qəzzada baş verənlər qarşısında beynəlxalq ictimaiyyətin susqunluğu tənqid edilib, bir sıra ölkələrin İsrailin hücumlarını insanlıq vicdanına zidd hesab etdiyi qeyd olunub.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

