Şimali Koreya lideri Kim Çen İn bildirib ki, ölkədə vətənpərvərlik ruhu və birlik şimali koreyalı hərbçilərin Kursk vilayətinin azad olunmasında iştirakından sonra artıb.
Kim Çen həmçinin vurğulayıb ki, gənclər hərbi xidmətə maraqlıdır və Koreyanın şərəfi uğrunda mübarizəyə hazırdırlar. Görüş zamanı Kim Çen İn veteranlara və həlak olmuş hərbçilərin ailələrinə dəstəyin vacibliyini qeyd edib.
On minlərlə vətəndaş və hərbçi memorialların tikintisinə və ailələrin vəziyyətinin yaxşılaşdırılmasına vəsait köçürüb.
Qeyd edək ki,KXDR dünyanın ən böyük ordularından birinə malikdir, təxminən 1,2 milyon hərbçi və geniş səfərbərlik resursları var.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

