Şənbə gecəsi ABŞ qüvvələrinin keçirdiyi əməliyyat zamanı Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Flores saxlanılıb. Bundan sonra Karakasın mərkəzində “Venesuela üçün Böyük Yürüş” adlı etiraz aksiyası keçirilib. Minlərlə insan ABŞ-ın müdaxiləsinə etiraz edərək Maduraya dəstək məqsədilə küçələrə çıxıb.Yenifikir.media bildirir ki,aksiya iştirakçıları “Maduronu geri istəyirik”, “Suverenlik satılmaz” və “Prezidentimizə sadiqik” şüarları səsləndiriblər.
Etirazçılardan biri Venesuela xalqının ölkənin suverenliyinə hörmət edilməsini və prezidentin geri qaytarılmasını tələb etdiyini bildirib.Eyni zamanda, venesuelalı bir gənc qadının ABŞ-a dəstək verdiyi video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Gənc qadın videoda “ABŞ bizə heç nə etmir, qoyun xoşbəxt olaq” deyib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

