Yenifikir.media xəbər verir ki, Kanadanın Baş naziri Mark Karni iki günlük rəsmi səfər çərçivəsində Meksikaya gəlib və Prezident Klaudia Şeynbaum ilə görüşüb.
Görüş zamanı iqtisadiyyat, beynəlxalq əlaqələr, maliyyə, ətraf mühit, ictimai təhlükəsizlik və səhiyyə sahələrində “yeni əməkdaşlıq dövrü” müzakirə olunub. USMCA ticarət sazişi ilə Şimali Amerikanın rəqabət qabiliyyətinin artırılması vurğulanıb.
Şeynbaum 2026-cı ildə nəzərdən keçiriləcək USMCA çərçivəsində ikitərəfli “fəaliyyət planı” üzrə razılığın əldə olunduğunu və planın hər iki ölkəyə fayda verəcəyini bildirib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin